İnsan taleyini həll edən himmət və iradə


Digərləri 05 Avq 2018 23:20:00 311 0

İnsan taleyini həll edən himmət və iradə

İnsanlar arasında ən geniş yayılmış fikirlərdən biri də müəyyən nöqsanlı əməllərinə bəraət qazandırmaq üçün hər şeyin Allahın istəyi ilə baş verməsi fikridir. Bu fikir hətta qeyri dini etiqada malik olan şəxslər arasında da mövcuddur. Heç bir dini etiqda sahib olamayan, heç bir dini mənbəyə əsaslanmayan bəzi insanlar Tək Allaha tetiqadlı olduğlarını iddia edir, hətta biraz da irəli gedib öz əməllərini Allaha nisbət verirlər.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu mövzu geniş şaxəli bir mövzudur. Bunu demək olar ki, insan həyatının bütün sahələrinə tətbiq etmək olar. Məsələn tənbəlin özünə bəraət qazandırması, rüşvətxorun rüşvət almasına qazandırdığı bəraət, yaxud birinin bir şey tapıb səsini çıxarmadan cibinə qoyması, sürət həddini aşmaqla diqqətsizlikdən yaranan qəzalar və sair.

Lakin qeyd etdiyimiş şərif ayələr bizə heç də belə demir. Allah Təala Qurani Kərimdə insanı öz əməl və düşüncəsinə məsul bilmiş, çəkdiyi zəhmətlər müqabilində Allahdan əvəz alacağı qeyd olunmuşdur. Bu da o deməkdir ki, insan özünə məsuldur. Gördüyü hər bir işə və düşündüyü hər bir düşüncəyə cavabdehdir. Çünki insanın əldə etdiyi hər bir şey onun səyi və çabası ilə ortaya çıxır. Yəni heçbir şey səbəbsiz və öz özünə yaranmır.

Həzrəti Əli (ə) bu mətləbə toxunaraq belə buyurub:

"Hər kəsin dəyəri onun iradəsi miqdarındadır".