İnsan Resursları (HR) üzrə magistratura üçün


Digərləri 05 Avq 2018 23:25:00 273 0

İnsan Resursları (HR) üzrə magistratura üçün

Tez-tez İnsan Resursları (HR) üzrə magistratura təhsili almaq üçün hansı universitetlərin daha yaxşı olması ilə bağlı suallarla rastlaşıram. Düşündüm ki, bu mövzuda araşdırma aparım və əldə etdiyim məlumatları sizinlə paylaşım. Araşdırma apararkən bir çox reytinqlərə rast gəldim. Sonunda bu reytinqlərdən birinin araşdırma metodları, qiymətləndirmə kriteriyaları mənə daha ədalətli, əsaslı gəldi.

Son.az bizplus.az-a istinadən bildirir ki, bu reytinq  Eduniversal tərəfindən hər il 30 fərqli sahə üzrə 12.000-dən artıq magistratura proqramını qiymətləndirərək hazırlanır. Bunun üçün təşkilat 154 ölkədən 800.000 tələbə, 5.000 işə götürən (HR, işə qəbul edən şəxs), 1.000 akademik institutdan 10.000-dən çox nümayəndə ilə anket sorğusu keçirir. Yəni, kifayət qədər geniş və bu sahədə fikir sahibi olan kütlənin fikrini alır.

İnsan Resursları (HR) sahəsi üzrə magistratura təhsili verən ən yaxşı universitetlər necə və hansı kriteriyalara əsasən seçilir?

Eduniversal burada universitetləri qiymətləndirmə meyarlarını 3 qrupa bölür və hər qrupa görə maksimum 5 bal verir:

Universitetin reputasiyası (1-5 bal) Məzunun ilk əmək haqqı (1-5 bal) Tələbələrin məmnuniyyət səviyyəsi (1-5 bal) Düşündüm ki, hamı üçün Şimali Amerika və Qərbi Avropa İnsan Resursları (HR) üzrə magistratura təhsili almaq üçün daha maraqlı olar, ona görə də bu bölgələr üzrə reytinqləri ön plana çıxardım. Gəlin tanış olaq.

Şimali Amerikada (ABŞ və Kanada) İnsan Resursları (HR) üzrə magistratura üçün 10 ən yaxşı universitetin sıralaması belədir (2015-2016):

Purdue University (ABŞ) McGill University (Kanada) HEC Montréal (Kanada) Stanford University (ABŞ) Northwestern University (ABŞ) Cornell University (ABŞ) The University of Chicago (ABŞ) Queen's University (Kanada) Texas A&M University (ABŞ) Michigan State University (ABŞ) Şimali Amerika İnsan Resursları (HR) üzrə magistratura üçün 40 ən yaxşı universitetin reytinqini tam olaraq buradan yükləyə bilərsiniz.