Kərbəlanın yeganə qara dərili şəhidi


Digərləri 05 Avq 2018 23:15:00 311 0

Kərbəlanın yeganə qara dərili şəhidi

Mütəal Allah buyurur: Sizin Allah yanında ən üstününüz ən təqvalı olanınızdır (imanlı və əxlaqlı).

İnsana dəyər qazandıran, onu dünya və axirətdə səadətə çatdıran iman və əxlaqdır. İnsanın əməlləri isə imanın, Allaha bağlılığın təzahürü, göstəricisidir. Deyə bilərik ki, Kərbəla vaqiəsi bir əməl olaraq bütün bu keyfiyyətləri özündə cəm edən eşq məktəbidir. Bu məktəb dilindən, dinindən, irqindən aslı olmayaraq, qəlbində zərrəcə imanı olan kər kəsi özünə cəzb edir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu cazibəyə müsbət reaksiya şəxslərdən biri də Cəun ibn Huvadır. Cəunun  Əhli beytə (ə) olan bağlılığı ona İmam Hüseynlə (ə) birgə şəhid olma şərəfini nəsib eylədi.

Cəun Fəzl ibni Abbas ibni Əbdül-Mütəllibin nökəri idi. Onu Əbuzəri Qəffariyə bağışlamışdılar. Əbuzər üçüncü xəlifə tərəfindən Rəbəzəyə sürgün olunanda Cəun da onunla birgə idi. Cəun silah düzəltməkdə məharətli idi. Aşura gününün axşamında o silahları hazırlayırdı.

Bəzi tarixçilər Cəunun Kərbəlada İmam Hüseynlə birgə şəhid olduğunu  deyirlər.  Əllamə Məclisi yazır ki, Cəunun nəşi 10 gün sonra Kərbəlada tapıldı və onun nəşi İmam Hüseynin (ə) ayağ tərəfdə dəfn edildi.

Deyilir ki, Cəun Aşura günündə döyüşə yollananda İmam əvvəl ona icazə vermədi. Lakin o İmama (ə) dedi: "Allaha and olsun istəyirəm mənim qanın sənin qanınla qarışsın"