Cəlilabadda 3 otaqlı ev yanıb


Digərləri 05 Avq 2018 23:04:00 301 0

Cəlilabadda 3 otaqlı ev yanıb

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

Son.az-ın FHN-ə istindaən verdiyi məlumata əsasən, rayonda ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə və həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.