İndoneziyada zəlzələ qurbanlarının sayı 39 nəfərə çatıb - YENİLƏNİB


Dünya 05 Avq 2018 22:58:00 291 0

İndoneziyada zəlzələ qurbanlarının sayı 39 nəfərə çatıb - YENİLƏNİB

Yeraltı təkanlar 7 maqnituda gücündə olub

İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, onlarla insan xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinə istinadən "DPA" nəşri məlumat yayıb.

Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

***19:33

Bakı. 5 avqust.