Abşeronda bu çimərlikdə spirtli içkidən istifadə qadağandır VİDEO


Digərləri 05 Avq 2018 20:43:00 316 0

Abşeronda bu çimərlikdə spirtli içkidən istifadə qadağandır   VİDEO

Bakıda çimərliklərin birində spirtli içkidən istifadə etmək qadağandır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, çimərlikdə 16 ildir ki, belə bir qadağa tətbiq edilir. Bu addım ərazidə işləyən yaşlı bir işçinin təşəbbüsü ilə həyata keçirilməyə başlanılıb. Belə bir örnək davranışın atılmasında məqsəd isə, həm insanların rahat istirahəti, həm də boğulma hallarının qarşısının alınması üçündür.

Çimərliyə gələn müştərilərə əvvəlcədən xəbərdarlıq edilir ki, burada spirtli içki verilmir və özü ilə içki gətirməyə də icazə yoxdur. Bundan əlavə, çimərliyə sərxoş vəziyyətdə gələnlərə də xidmət göstərilmir.

Çimərliyin sahibi İbrahim Quliyev bildirir ki, çimərliyə insanlar yalnız ailəsi ilə birgə buraxılır. Bu isə ailə ilə dincəlmək istəyən insanların bir çoxunun bu məkana üz tutmasına səbəb olur.

İbrahim Quliyev qeyd edir ki, çimərlikdə spirtli içki qəbulu olmadığından, ərazidə heç zaman hansısa xoşagəlməz hal, mübahisə, yaxud ölüm hadisəsi qeydə alınmayıb.


Xəbərə aid video