Maksimum sürəti 160 kilometr/saat olan maşın 170lə radara düşüb


Digərləri 05 Avq 2018 19:58:00 268 1

Maksimum sürəti 160 kilometr/saat olan maşın 170lə radara düşüb

Maksimum sürəti 160 kilometr/saat olan yük maşını 170-lə radara düşüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, maraqlı hadisə Şirvan sakini Rahil İmanovun başına gəlib. Onun idarə etdiyi yük maşını iyulun 30-da İmişlidən Beyləqan istiqamətində hərəkətdə olarakən magistral yolun 91-ci kilometrliyində radara düşüb. Rahil İmanova sürət həddi saatda 90 kilometr olan ərazidə nəqliyyat vasitəsinin 170 km/saat sürətlə hərəkət etdiyinə dair protokol gəlib.

Rahil İmanov deyir ki, idarə etdiyi yük maşınının maksimum sürəti 160 km/saatdır. Lakin heç bu sürətdə də sürə bilməz. Çünki nəqliyyat vasitəsi firmaya məxsusdur və ona GPS sistemi quraşdırılıb. Sürət həddi qoyulan limiti aşdıqda sürücü rəhbərlik tərəfindən cəzalandırılır.


Xəbərə aid video