Misir hərbçiləri 52 terrorçunu məhv etdi


Dünya 05 Avq 2018 19:28:00 258 0

Misir hərbçiləri 52 terrorçunu məhv etdi

Misir Silahlı Qüvvələrinin və Daxili İşlər Nazirliyinin Sinay yarımadasında və Liviya sərhədləri yaxınlığında birgə keçirdiyi "Sinay-2018" əks-terror əməliyyatları nəticəsində 52 ekstremist məhv edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, Misir Silahlı Qüvvələrinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələri sərhədi qeyri-qanuni keçməyə cəhd göstərən silah-sursatla dolu 15 avtomobilə hücum edib və 39 xüsusi təhlükəli ekstremist öldürülüb.

Sinay yarımadasının şimalında Əl-Ariş şəhərində keçirilən daha bir əməliyyat zamanı isə təhlükəsizlik qüvvələri 13 ekstremisti məhv edib.