Təkçə Quran bizə kifayət edir deyənlərə tutarlı cavab


Digərləri 05 Avq 2018 19:15:00 267 0

Təkçə Quran bizə kifayət edir deyənlərə tutarlı cavab

İnsanlar düşüncəsinə görə müxtəlifdir. Hər kəs də öz düşüncəsini doğru bilir və həyatını bu düşüncə üzərində qurur. Amma unutmaq lazım deyil ki, Qurani Kərim Allah kitabıdır və hər növ düşüncə və təfəkkürün əsasıdır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bir dəstə fikir sahibi vardır ki, yaşam və əqidələrini formalaşdırmaq üçün təkcə Quran bizə kifayətdir deyirlər. Peyğəmbərin (s) və imamların (ə) həyat tərzi və siirəsinə (yoluna) ehtiyacımız yoxdur. Halbuki Quranda buyurulur:

Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir! (Əhzab-21).

Təkcə Quran bizə kifayətdir deyənlər hər növ hədisi, tarixi faktı, məntiqi inkar edir, hamısını əsassız sayırlar. Halbuki müəyyən digər dünyəvi hadisələrdə təkidlə tarixə istinad edirlər. Bu cür düşünən zümrəyə iki yolla cavab vermək istəyirik: Quran və məntiq yolu ilə.

Quran yolu- Hətta Quranda belə ayələrin bəzilərinin möhkəm və mütəşabeh olduğu deyilir. Möhkəm- mənası aydın olan, mütəşabeh- düşünərkən zehnə müxtəlif bənzər mənalar gələn ayələrə deyilir. Bəs belə olan halda hansı mənbəyə müraciət etmək lazımdır?- Elimdə qüvvətli olanlara:

Onun (Kitabın) bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: ' Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır', - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər (Ali-İmran-7).