Stiven Siqal Rusiya XİNdə vəzifə aldı


Dünya 05 Avq 2018 18:20:00 306 0

Stiven Siqal Rusiya XİNdə vəzifə aldı

Hollivud ulduzu Stiven Siqal Rusiya Xarici İşlər Nazirliyinin Rusiya ilə ABŞ arasında humanitar məsələlər üzrə xüsusi nümayəndəsi təyin edilib.

Son.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi "Facebook" səhifəsində yazılıb. Bildirilir ki, Siqal həmçinin, təmənnasız "ictimai-siyasi vəzifə"sini də yerinə yetirəcək.

Stiven Siqal açıqlamasında Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşması üçün əlindən gələni edəcəyini deyib.