Azərbaycanlı həkim dünyanı şoka saldı:


Digərləri 05 Avq 2018 14:23:00 362 0

Azərbaycanlı həkim dünyanı şoka saldı:

Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulanı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, oftalmoloq cərrah Mehriban Əlizadə türk həkimlərinin yaratdığı Könüllülər Dərnəyinin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi "Bir milyon katarakt əməliyyatı" çərçivəsində həkim qrupu tərkibində Nigerə səfər edib.

Uzman həkim Mehriban Əlizadə əsasən Aguie adlanan regionda sağlıq xidmətləri göstərib, göz problemləri olan şəxsləri müayinə edib.

Tibbi xidmət zamanı Xədicə Şəfahət adlı şəxs uşağının gözlərini müayinə etmək məqsədilə həkim qəbulunda olub. Bu zaman azərbaycanlı həkim Xədicənin gözlərində mirvari suyu olduğunu sezib. Bəlli olub ki, Xədicə Şəfahət anadan kataraktla doğulub və 25 ildir ki, görmə qabiliyyəti yoxdur. Övladını, həyat yoldaşını, dünyanı görməyən ananı müayinə edən Mehriban Əlizadə təcili onu əməliyyat otağına götürüb. Bir gün sonra gözləri sarğıdan açılan Xədicə Şəfahətə ilk dəfə dünyanı, övladını və həyat yoldaşını görüb.


Xəbərə aid fotolar