Artıq dişi kariyesdən qorumaq mümkün olacaq


Digərləri 05 Avq 2018 12:04:24 290 0

Artıq dişi kariyesdən qorumaq mümkün olacaq

ABŞ-ın kimyaçı alimləri diş ərpi və daşının yaranmasına səbəb olan mikrob təbəqəsini əridə bilən nanomaterial yaradıblar.

Son.az Trend-ə istinadən bildirir ki, Pensilvaniya Universitetindən (Filadelfiya, ABŞ) Xyun Ku və onun həmkarları orqanizmdə dəmir çatışmazlığına qarşı mübarizə məqsədilə yaradılmış nanohissəciklərlə eksperiment apararkən diş daşını və onunla əlaqəli streptokok biotəbəqəsini təmizləməyin effektiv yolunu kəşf ediblər. Bu preparat turşu mühitinə düşərkən daha çox hidrogen-peroksid ayırmağa başlayır. Peroksid bakteriyaları öldürür və dişlərin sağlam hissələrinə toxunmadan onları məhv edir.