Kür çayında çırklənmə normadan artıqdır


Digərləri 05 Avq 2018 11:30:00 267 0

Kür çayında çırklənmə normadan artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.

Nazirlikdən monitorinqlə bağlı Son.az-a verilən məlumata görə, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 6 m3/san azalaraq 115 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların YVQH-dən bir neçə dəfə artıq olması müşahidə edilib. Suyun tərkibindəki biogen maddələr Kür çayı Şıxlı-2 məntəqəsində normanı keçib. Bu çaylarda çirklənməyə səbəb Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri olub.