Soçidə həlak olan uşağın meyitinin daşınma xərclərini şəhər ödəyəcək


Dünya 04 Avq 2018 22:03:00 322 0

Soçidə həlak olan uşağın meyitinin daşınma xərclərini şəhər ödəyəcək

Rusiyanın Soçi şəhərinin rəhbərliyi Tatarstandan gəlmiş və Soçidə yağış kanalizasiyasına düşərək həlak olmuş uşağın cəsədinin daşınma xərclərini öz üzərinə götürəcək.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Rossiyskaya qazeta" yazıb.

Əldə olunan məlumata görə, oğlan Soçinin Lazarev rayonunda yağış kanalizasiyasına düşüb.

Nənəsi uşağı xilas etməyə çalışsa da, cəhdləri uğursuz alınır.