Şəhid hərbçilərin vərəsələri üçün müjdə


Digərləri 04 Avq 2018 20:38:00 307 0

Şəhid hərbçilərin vərəsələri üçün müjdə

Vərəsələrinə birdəfəlik ödəmə veriləcək şəhid hərbçilərin siyahısı payızda dərc ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yaradılmış Komissiyanın növbəti iclası olub.

Qeyd edək ki, Komissiya Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar yaradılıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2 avqust 2018-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan insanlara xüsusi qayğının daha bir əyani təsdiqidir. Bu il ƏƏSMN tərəfindən 207 mənzilin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilməsi planlaşdırılırdı. Qeyd olunan Sərəncam isə daha 300 mənzilin alınması üçün 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrılmasınə nəzərdə tutur ki, bu da cari ildə 500-dən çox mənzilin alınaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunmasına imkan verir.