Sistem sklerodermiya


Digərləri 04 Avq 2018 20:20:00 428 0

Sistem sklerodermiya

Sistem sklerodermiya birləşdirici toxumanın və kiçik damarların sistem xəstəliyidir. Bu xəstəlik dərinin və daxili orqanların stromasının fibroz -skleroz dəyişiklikləri ilə təzahür edən xəstəlikdir. Xəstəlik daxıli orqanların tərkib hissəsi olan birləşdirici toxumanın, dəri və damarlarda fibrozun qarşısıalınmaz tərzdə inkişaf etməsi,  fibroblastların fəaliyyətinin pozulması nəticəsində çoxlu miqdarda kallogen əmələ gətirməsi ilə əlaqədardır. Son.az immunitet.az-a istinadən bildirir ki, müasir dövrdə sistem sklerodermiya xəstəliyinin əmələ gəlməsində virusların böyük əhəmiyyətinin olduğu vurğulanır. Zədələmiş toxumalarda virusabənzər əlavələrin tapılması, antivirus antitellərinin yüksəlməsi, zülal mübadiləsinin pozulması, Reyno sindromu buna sübutdur. Xəstəliyin əmələ gəlməsində ailə - genetik faktorun da rolunun böyük olduğu qeyd olunur. Xəstəliyin əmələ gəlməsində qeyri-əlverişli amillərin də rolu var (bədənin soyuması, travmalar, neyro -endokrin funksiyaların pozulması və s,) PATOGENEZ:

Virus və genetik faktorların təsirindən fibroblastların RNT və DNT-sində zədələnmə baş verir. Bu neofibrillogenezi fəallaşdırır və birləşdirici toxumanım əsas maddəsində qlikoproteidlərin dəyişilməsini sürətləndirir. Sonra, immun komplekslər yaranaraq mikrosirkulyator hövzədə və daxili orqanlarda çökür ki, bu da immun iltihaba səbəb olur. TƏSNİFAT:

Təsnifatı xəstəliyin gediş xarakterindən, inkişaf mərhələsindən, orqan və sistemlərə vurduğu zədələnmələrin xarakteristikasından asılıdır. PATOGENEZ: