Bərdədə fermada dava


Digərləri 04 Avq 2018 17:56:00 358 0

Bərdədə fermada dava

Bərdə rayonunda çobanlar arasında dava düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Türkmən kəndi ərazisində yerləşən fermada baş verib.

Bərdə şəhər sakini, 1996-cı il təvəllüdlü Əzizov Fərid Rauf oğlu naxırçı işlədiyi südçülük fermasında həmin fermada naxırçı işləyən, Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Seymur Marif oğlu ilə şəxsi münasibətlər zəminində dava edib.

Dava zamanı F.Əzizov mətbəx bıçağı il S.Bayramovun bel nahiyəsinə ağır xəsarətlər yetirib.