Azyaşlını çirkin əməllərinə qoşdular


Digərləri 04 Avq 2018 17:38:00 309 0

Azyaşlını çirkin əməllərinə qoşdular

Bakının Nərimanov rayonunda mağazada oğurluq olub.

Son.az xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 80 manat və geyim əşyaları oğurlanıb.

16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Leyla Məmmədova, Samur Uğurluyev və Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıblar.

Məlum olub ki, Leyla Məmmədova tanışı Samir Uğurluyevlə birlikdə mağazanı qarət etmək üçün yeniyetmədən istifadə ediblər.