Rusiyada şok: qoca qadın ölmüş ərinin ətini yeyib


Digərləri 04 Avq 2018 16:36:00 444 0

Rusiyada şok: qoca qadın ölmüş ərinin ətini yeyib

Çoxmərtəbəli yaşayış binasının sakinləri təqaüdçü qocaların mənzilindən gələn pis qoxudan aylar əvvəl şikayətlənməyə başlamışdılar. Nəticə çox pis olub.

Son.az Uraİnfo-ya istinadən bildirir ki, Rusiyanın Yekaterinburq şəhərinin sakini, Lidiya adlı 64 yaşlı qadın aylar əvvəl ölmüş əri, 68 yaşlı Vladimirin cəsədini həyətdəki uşaq meydançasına atıb.

Kuybışev küçəsi, 112 ünvanda yerləşən binanın bir neçə sakini cəsədi sürüyən qadını görəndə polisə zəng vurublar.

Cəsəd xalata bükülmüşdü. Polisdən verilən məlumata görə, Lidiya cəsədi zibilxanaya atmaq istəsə də, gücü çatmayıb.

Qonşuların dediklərinə görə, mərhumla arvadı əyyaş idilər. Onlar heç bir yerdə işləmirdilər. Üstəlik, hər gün içirdilər.


Xəbərə aid fotolar