Qaradağda sanitar normalara cavab verməyən kəsim qurğuları sökülüb


Digərləri 04 Avq 2018 14:08:51 256 0

Qaradağda sanitar normalara cavab verməyən kəsim qurğuları sökülüb

Qaradağ rayonundakı qanunsuz heyvan kəsimi məntəqələrində monitorinqlər keçirilib

Bakı. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq məqsədi ilə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə növbəti monitorinq keçirib. Agentlikdən Trend-ə verilən məlumata görə, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamının icrası ilə əlaqədar AQTA baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edib.