Yeni nəsil WiFi 4 dəfə böyük sürəti təmin edəcək


Digərləri 04 Avq 2018 08:15:00 304 0

Yeni nəsil WiFi 4 dəfə böyük sürəti təmin edəcək

Wi-Fi Alliance təşkilatı məlumatın ötürülmə sürətini 4 dəfə artırmağa imkan verən Extreme High Throughput (EHT) adlı yeni naqilsiz rabitə spesifikasiyasının üzərində işləyir.

Son.az technote.az-a istinadən bildirir ki, bu, Wi-Fi spesifikasiyalarının 2 illik yenilənmə dövrü üçün başlanğıc hesab olunur. Belə ki, 802.11ax standartı 4 il qüvvədə olmuşdur.

2020-ci ildə lisenziyasız istifadə üçün nəzərdə tutulan EHT yeni spesifikasiyası 6 QHs tezliyin tətbiq ediləcəyi məkanlarda birinci ola bilər.