Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 03 Avq 2018 23:43:00 360 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 2-də 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,81 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 2-də 70,21 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.