12 yaşlı oğlan təəccübləndirdi


Digərləri 03 Avq 2018 23:21:00 311 0

12 yaşlı oğlan təəccübləndirdi

Fitri istedada malik, 12 yaşı yenicə tamam olmuş oğlan Meksika Milli Avtonom Universitetinin (UNAM) tələbəsi oldu.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, UNAM-ın yaydığı məlumata görə, Karlos Antonio Santamariyanı 9 yaşından universitetdə tanıyırlar. O, universitetdə kursları uğurla dinləyib, analitik kimya, biokimya və molekulyar biologiya üzrə dərəcə alıb. Karlos Antonio Santamariya valideynin əlindən tutaraq gətirdiyi yeganə tələbə olacaq.

Ali məktəbə qəbul edilmək məqsədilə Santamariya orta məktəbdə kamal attestatı almaq üçün ekstern imtahan verib. "Mən, sadəcə, oxumaq istəyirəm. Onlar məni qapıdan qoymasalar, pəncərədən girəcəyəm", - deyə azyaşlı tələbə bildirib.