Çində daşqınlar nəticəsində 20 nəfər ölüb


Dünya 03 Avq 2018 22:22:00 240 0

Çində daşqınlar nəticəsində 20 nəfər ölüb

Çinin şimal-qərbində yerləşən Sintizyan-Uyğur muxtar rayonunda leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 20 nəfər ölüb, daha 8 nəfər itkin düşmüş hesab olunur, 5,5 mindən çox yerli sakin təhlükəsiz yerlərə təxliyyə edilib.

Son.az report.az-a istinadən bildirir ki, yerli hökumətin məlumatına görə, təbii fəlakətdən daha çox kəndlərindən birində böyük daşqın baş verən Hami qəzası zərər çəkib.