Bakıda ondan həzz almayan arvadını öldürən şəxsə hökm oxundu


Digərləri 03 Avq 2018 20:14:00 421 0

Bakıda ondan həzz almayan arvadını öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rasim Çərtikovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu ilin fevral ayında Binəqədi rayonunda Rasim Çərtikov 33 il yaşadığı həyat yoldaşı Arifə Çərtikovaya bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib.

Həmin gün o, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və dindirilərkən cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, prosesdə Rasim Çərtikov ittiham üzrə özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs deyib ki, arvadı öz istəyilə dayəlik işinə başlayıb. Onun işləməsinə əvvəl razı olmayıb, iki ay özü onu işə aparıb: