Məşhur müşənni doğulacaq övladına Ərdoğanın oğlunun adını qoyacaq


Digərləri 03 Avq 2018 19:00:00 354 0

Məşhur müşənni doğulacaq övladına Ərdoğanın oğlunun adını qoyacaq

Körpələrinin cinsiyyətini böyük sevinclə öyrənən Alişan-Busə Varol cütlüyü oğullarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük oğlu Burak Ərdoğanın adını qoyacaqlar. 

Son.az big.az-a istinadən məlumat verir ki, müğənni Alişanın evlənməsi üçün səfərbər olan sənət və siyasət dünyasından ən böyük dəstək prezident Ərdoğandan gəlmişdi. May ayında baş tutan cütlüyün toyuna Rəcəb Tayyib Ərdoğan qatılmışdı. Nikah mərasiminə isə prezident xanımı Əminə Ərdoğanla qatılmışdı. Alişan-Busə cütlüyünün nikahına Rəcəb Tayyib Ərdoğan və Daxili İşlər Naziri Süleyman Soylu şahidlik etmişdi. Bununla da müğənni gec də olsa 2016-cı ildə prezidentə verdiyi sözü icra etmiş olub. 


Xəbərə aid fotolar