Qəbələ musiqi festivalında yenilik


Digərləri 03 Avq 2018 16:27:00 213 0

Qəbələ musiqi festivalında yenilik

Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı və rəngarəng musiqi proqramı ilə davam edir.

Bakı. Heydər Əliyev Fondunun və Gilan Holdinqin təşkilatçılığı ilə keçirilən Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı və rəngarəng musiqi proqramı ilə davam edir. Trend-in məlumatına görə, 10 illik yubiley çərçivəsində festival təşkilatçıları yeniliklər həyata keçirməyə davam edir. Belə ki, bu tədbirin tarixində ilk dəfə olaraq festivalda fan-zona fəaliyyət göstərir. "Qəbələnd" əyləncə mərkəzinin ərazisində yerləşən fan-zonanı turistlər və yerli əhali ziyarət edib, Musiqi Festivalı haqqında məlumat alırlar.