Qusarda ağır yol qəzası:


Digərləri 03 Avq 2018 14:23:00 281 0

Qusarda ağır yol qəzası:

Qusar rayonunda yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata görə, hadisə avqustun 2-də rayonun Xuray kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Novruz Babayev idarə etdiyi "Opel" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.