DSX İrandan qa­çaqmal yolu ilə narkotik vasitələrin gətirilməsi cəhdinin qarşısını alıb (FOTO)


Digərləri 03 Avq 2018 13:12:00 324 0

DSX İrandan qa­çaqmal yolu ilə narkotik vasitələrin gətirilməsi cəhdinin qarşısını alıb (FOTO)

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qul­luqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qa­çaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb.

Bakı. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qul­luqçuları tərəfindən İran İslam Respublikasından ölkə ərazisinə qa­çaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısı alınıb. DSX-dən Trend-ə verilən məlumata görə, hadisə DSX sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində baş verib. Həmin gün saat 22:00 radələrində İİR ərazisindən 3 nəfər şəxsin sürünərək Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə olunub və nə­zarətə götürülüb. Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkar­landıqlarını başa düşən sərhəd pozucuları geri qaçmağa başlayıb, sərhəd naryadının xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İran İslam Respublikasının ərazisinə keçiblər.