Şabranda 26 km uzunluğunda avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 03 Avq 2018 11:13:00 278 0

Şabranda 26 km uzunluğunda avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun yenidən qurulması yekunlaşır

Bakı. Samir Əli - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 26 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır. Agentlikdən Trend-ə verilən məlumata görə, söhbət Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolundan gedir. Tikinti layihəsinə uyğun olaraq yolun 19.7 km-lik hissəsində qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Bu işlərin həcmi 90 min kub.m-ə yaxındır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülüb. Daha sonra yolun 5.8-ci km-də Dəvəçi çayı üzərində uzunluğu 21 m, eni isə 8 m olan 1 aşırımlı körpünün tikintisi də layihədə yerinə yetirilməsi vacib olan işlərdəndir.