Bakıda avtomobilin əyləc sisteminin işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB


Digərləri 03 Avq 2018 10:44:00 189 0

Bakıda avtomobilin əyləc sisteminin işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var  - FOTO - VİDEO - YENİLƏNİB

Qəza nəticəsində 3 nəfər xəsarət alıb

Səbail rayonunda iki minik avtomobili toqquşub.

"Report" xəbər verir ki, hadisə Bayıl qəsəbəsində baş verib.

Belə ki, Vüsal Əliyev idarə etdiyi 02-BT-877 dövlət nişanlı "VAZ-2107" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkənqarşısına 99-AK-104 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobil çıxıb. V.Əliyev bu səbəbdənəyləcdən istifadə edib. Onun "Report" a bildirdiyinə görə, bu zamanavtomaşının əyləc sistemi işləməyib. Nəticədə qəza baş verib.

Hadisə zamanı "VAZ-2107"-də olan iki sərnişin və "Daewoo"-nun sürücüsü xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla əlaqədar əraziyə Səbail Rayon Yol Polis Şöbəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.