Balaca azərbaycanlıdan böyük uğur


Digərləri 03 Avq 2018 10:40:00 255 0

Balaca azərbaycanlıdan böyük uğur

Avropa Azərbaycan Məktəbinin şagirdi Nərgiz Quliyeva İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku (World Scholar's Cup) olimpiadasında finala vəsiqə qazanıb.

Son.az xəbər verir ki, ingilis dilində keçirilən bilik yarışmasında ölkəmizi ilk dəfə olaraq Bakı məktəblisi Nərgiz Quliyeva təmsil edib. Altıncı sinif şagirdi olan N.Quliyeva dünyanın 60-dan çox ölkəsindən gəlmiş 2100 şagirdin qatıldığı beynəlxalq bilik müsabiqəsinin yarımfinalında uğur qazanaraq final mərhələsinə yüksəlib.

Barselonada baş tutan yarımfinal mərhələsində şagirdlər 5 gün müddətində özlərini ədəbiyyat, həyat bilgisi, incəsənət, inşa və s. sahələrdə sınayıblar. Bununla belə, qrup və individual olaraq müxtəlif mövzularda debatlar edərək bir-birləri ilə mübarizə aparıblar.


Xəbərə aid fotolar