TAP çərçivəsində Albaniyada mikrotunelin tikintisi başa çatdı


Digərləri 03 Avq 2018 10:14:57 192 0

TAP çərçivəsində Albaniyada mikrotunelin tikintisi başa çatdı

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi üzrə Konsorsium Albaniyada mikrotunelin tikintisini başa çatdırıb.

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi üzrə Konsorsium Albaniyada mikrotunelin tikintisini başa çatdırıb. Trend-in xəbərinə görə, bu barədə Konsorsiumun məlumatında qeyd olunub. Bildirilir ki, 1,5 kilometrlik tunelin tikintisi iyulun sonunda başa çatdırılıb.