Azərbaycanın meyvələri Böyük Britaniya və İtaliya bazarlarına çıxır


Digərləri 03 Avq 2018 09:44:41 237 0

Azərbaycanın meyvələri Böyük Britaniya və İtaliya bazarlarına çıxır

Azərbaycanın meyvə istehsalçısı DAD şirkəti Böyük Britaniya və İtaliyaya tədarüklərə başlamaq niyyətindədir

Bakı. İlkin Şəfiyev - Azərbaycanın meyvə istehsalçısı DAD şirkəti Böyük Britaniya və İtaliyaya tədarüklərə başlamaq niyyətindədir. Bu barədə Trend-ə şirkətin direktoru İsaməddin Dəmirov deyib. O bildirib ki, şirkət artıq bu ölkələrdən sifarişlər alıb: “Məhsulun sənədləşdirilməsi, sertifikatlaşdırılması ilə bağlı məsələlərin həll olunması qalır. Bizim ənənəvi satış bazarlarımız Rusiya və digər MDB ölkələridir. Bundan başqa, biz ərəb ölkələrinə - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Asiya ölkələrinə - Malayziya, Sinqapur, Maldiv adalarına məhsul ixrac edirik”.