Bakı Su kanal İdarəsinin rəisi cərimələnib


Digərləri 03 Avq 2018 09:16:00 243 0

Bakı Su kanal İdarəsinin rəisi cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, şikayətlə bağlı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində monitorinq və araşdırma aparılıb.