Çavuşoğlu və Pompeo həbsdə olan amerikalı rahib ətrafında məsələni müzakirə edəcəklər


Dünya 03 Avq 2018 08:40:00 266 0

Çavuşoğlu və Pompeo həbsdə olan amerikalı rahib ətrafında məsələni müzakirə edəcəklər

Bu gün Sinqapurda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Mayk Pompeo arasında ikitərəfli görüş keçiriləcək.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində keçiriləcək.

Görüş zamanı tərəflər amerikalı rahib Endryu Kreyq Bransonun həbsi məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.