Adnan Oktar işində daha bir dəhşətli fakt 5 uşağını aparıb, 25 il... FOTO


Digərləri 03 Avq 2018 04:30:00 340 0

Adnan Oktar işində daha bir dəhşətli fakt  5 uşağını aparıb, 25 il...  FOTO

5 uşağı və bir nəvəsi Adnan Oktarın çirkin əməllərinə qurban gedən Semin Babuna yaşadıqlarını polisə danışıb. O deyib ki, Adnan Oktar Babuna ailəsinə atom bombası kimi düşüb və ailəni dağıdıb.

Son.az xəbər verir ki, ölkənin tanınmış professorlarından olan Cevat Babunanın (Semin Babunanın həyat yoldaşı - red.) 5 uşağı və nəvəsi 25 il Adnan Oktar əsarətində qalıb. Həyat yoldaşı deyir ki, ilk illər onlarla üzbəüz görüşüb danışa bilirdik, sonra o imkanı da əlimizdən aldılar:

"Adnan Oktar ailəmizin cəlladı oldu. 25 ildir uşaqlarımıza həsrətik. Onların beynini o qədər yuyub ki, uşaqlarım mənimlə görüşmək istəmirdilər. Məni kafir adlandırırdılar. Adnan özünü Mehdi kimi təqdim edib uşaqlarımı "din" adamı eləyəcəyini dedi və həyatlarını məhv elədi. Qızlarıma təcavüz ediblər".

2006-cı ildən bu günə qədər telefonda belə uşaqları ilə əlaqə saxlayan bilməyən ana onların həbs olunduğunu eşidən kimi həbsxanaya qaçdığını deyir:


Xəbərə aid fotolar