"Instagram" və "Facebook"da yeni funksiya fəaliyyətə başlayacaq


Digərləri 03 Avq 2018 02:30:00 273 0

"Instagram" və "Facebook"da yeni funksiya fəaliyyətə başlayacaq

"Instagram" və "Facebook" sosial şəbəkələrində yeni funksiya fəaliyyətə başlayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bundan sonra istifadəçilər sosial şəbəkələrdə keçirdikləri vaxta nəzarət edə biləcəklər. "Instagram" və "Facebook"un rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanatlarında qeyd ediblər ki, hər istifadəçi qabaqcadan sosial şəbəkədə keçirmək istədiyi vaxtı təyin edəcək. Limiti keçdikdə isə bildiriş gələcək.