İranda kütləvi etirazlar başladı – VİDEO


Dünya 02 Avq 2018 22:52:00 228 0

İranda kütləvi etirazlar başladı – VİDEO

Daha əvvəl İran prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib

İranın Şiraz şəhərində təşkil olunan etiraz aksiyası hökumət tərəfindən qeyri-qanuni elan edilib və hüquq mühafizə orqanları aktiv işçilərinin saxlanılmasına başlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, etirazçılar Şirazın mərkəzində yerləşən Kərim xan -Zənd küçəsini bağlayıblar. Hüquq mühafizə orqanları kütləni ərazidən uzaqlaşdırmağa və avtomobillərin hərəkətini bərpa etməyə çağırıb.

Sosial şəbəkələrdə əraziyə onlarla polis əməkdaşının hadisə yerinə gəldiyini göstərən videolar paylaşılır. Etirazlar İranın digər şəhərləri İsfahan, Məşhəd və Tehran yaxınlığında yerləşən Kərəcdə də keçirilir. İsfahanda hətta polis etirazçılara qarşı gözyaşardıcı qaz da tətbiq edib.

Qeyd edək ki, İran parlamenti ölkə prezidenti Həsən Ruhaniyə ölkədə iqtisadi problemlərin aradan qaldırılması üçün hökumətin gördüyü tədbirlərə dair hesabat verməsi üçün bir ay vaxt verib.

"Ümumilikdə 290 parlament üzvündən 92-i prezident Ruhanidən parlamentin suallarına cavab verməyi tələb edib. Məsələyə yenidən baxıldıqdan sonra onların sayı 80-ə enib", - deyə parlamentin spikeri Əli Laricani bildirib.


Xəbərə aid video