İtaliya hökümətində TAP layihəsi haqqında vahid qərar yoxdur


Dünya 02 Avq 2018 21:35:00 270 0

İtaliya hökümətində TAP layihəsi haqqında vahid qərar yoxdur

ABŞ prezidenti Donald Trump İtaliya hökümətindən TAP layihəsinin başa çatdırılmasını istəyib, bu barədə xəbər Ağ Evin saytında qeyd olunub.

Trans Adriatik qaz boru kəməri (TAP) İtaliyanın baş naziri Giuseppe Conte-nin Ağ Evə səfəri zamanı ABŞ prezidenti Donald Trumpla müzakirə olunub.

"Bir boru olduğu təqdirdə ona rəqib olan boru kəməri görmək istəyirəm. Elədirsə ümidvaram ki, cənab Baş nazir, siz bu boru xəttini başa çatdıra biləcəksiniz", - Donald Trump İtaliya Baş nazirinə xitabən belə deyib.

İtaliyanın La Stampa qəzetinin məlumatına görə, TAP boru kəməri İtaliya hökümətinin üzvləri arasında da fikir ayrılığı yaradıb.

"Luigi nə edir? Hər kəs gəlib məndən TAP haqqında soruşur. Guya ki, bundan mən məsulam. Hələ də qərar verən və bunlardan məsul olan nazir odur", - İtaliyanın Puglia bölgəsinin meri Michele Emiliano Baş nazirin müavini və İqtisadi İnkişaf naziri Luigi Di Maio haqqında deyib.

Demokrat Partiyasının nümayəndəsi və sabiq millət vəkili Alessandro Di Battista da İqtisadi İnkişaf nazirini qınayıb.

Alessandro Di Battista deyib ki, nazir Luigi "TAP heç vaxt tamamlanmayacaq", Beş Ulduz Hərəkatı hökümətdə təmsil olunarsa bu layihə "iki həftəyə dayandırılacaq" kimi dediyi sözlərinə əməl etməyib.

Qəzet yazır ki, bu iddialar İqtisadi İnkişaf naziri tərəfindən tipik seçki kampaniyası vədi kimi qəbul edilir.

İtaliyanın Puglia bölgəsinin meri Michele Emiliano TAP-a qarşı etiraz aksiyasında

Luigi Di Maio hakimiyyətdə təmsil olunduqdan sonra deyib ki, TAP sadə bir səbəblə dayandırılmamalıdır, imzalanmış qərarlar var və layihə tam olaraq davam edir.

Beş Ulduz Hərəkatı İtaliya hökümətində əsas qruplardan biridir və hazırda rəhbəri 31 yaşlı Luigi Di Maiodur.

Bu partiya hakimiyyətə gəlmədən elan edib ki, hakimiyyətə gələcəkləri təqdirdə TAP layihəsini dayandıracaqlar və daha çox bərpa olunan enerji mənbələrinə üstünlük verəcəklər.

Buna baxmayaraq Forbes yazır ki, partiya Avropa Parlamentində bərpa olunan enerji mənbələri haqqında olan qanun layihəsinin əksinə səs verən qrupda təmsil olunur

Narahatlıq davam edir