Ağsu dolaylarında meşə zolağında yenidən yanğın başladı


Digərləri 02 Avq 2018 18:10:00 287 0

Ağsu dolaylarında meşə zolağında yenidən yanğın başladı

Ağsu dolaylarında yenidən yanğın başlayıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, gecə yanğın baş vermiş meşəlik ərazidə yenidən alovlanma başlayıb: "Gecə başlayan yanğın günorta saatlarında söndürülmüşdü. İndi yenidən başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".