Hadi Rəcəbliyə qarşı TƏXRİBAT:


Digərləri 02 Avq 2018 16:40:00 321 0

Hadi Rəcəbliyə qarşı TƏXRİBAT:

Sosial şəbəkələrdəki bəzi səhifələr Tarif Şurasının metro və avtobuslarda gediş haqqını avqustun 1-dən 50% qaldırması fonunda başlayan müzakirələrlə deputat Hadi Rəcəblini gündəmə gətirib.

Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib.

Tarif Şurasının qərarına Hadi Rəcəblinin adından yayılan münasibətdə bildirilib:

"Bizim əmək haqqımızı müzakirə etməkdənsə, gedib işləsinlər. 30 qəpik böyük məbləğ deyil. Biz 50 qəpik düşünmüşdük. Yaşam və gəlir səviyyəsini hesabladıq. 70 qəpik də olsa, xalq əziyyət çəkməyəcək. Demək olar ki, işləməyən vətəndaşımız yoxdu. Normal əmək haqqı ilə son illər nə qədər iş yeri açılıb. Şikayətlənənlər ölkəni parçalamaq istəyənlərdir".

Sosial şəbəkələrdə yayılan bu açıalama Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblini hiddətləndirib.

Son.az bildirir ki, deputat Modern.az-a açıqlamasında belə fikirlər səsləndirmədiyini vurğulayıb: