Denqe qızdırması yenə baş qaldırdı


Dünya 02 Avq 2018 14:52:00 255 0

Denqe qızdırması yenə baş qaldırdı

Kubanın Kamaquey vilayətində denqe qızdırması yayılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, vilayətdə artıq 7 xəstəliyə yoluxma faktı qeydə alınıb, bunlardan üçü ölümlə nəticələnib.

Bununla əlaqədar olara Rusiya XİN bu ölkəyə səfər etmək istəyən vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.

Bundan öncə Rusiya Səhiyyə Nazirliyi ölkə vətəndaşlarının Vyetnam, Tailand, İndoneziya, Hindistan, eləcə də Honkonq və Maldiv adalarını ziyarət etdikdən sonra bu xəstəliklə ölkəyə dönmələri faktının olması barədə məlumat yaymışdı.