Bu il Azərbaycanda 39 yeni dini icma qeydiyyata alınıb


Digərləri 02 Avq 2018 11:46:56 254 0

Bu il Azərbaycanda 39 yeni dini icma qeydiyyata alınıb

Bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb.

Bakı. Elçin Mehdiyev - Bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb. Bu barədə Trend-ə Komitədən məlumat verilib. Qeyd olunub ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan - 01.09.2009-cu ildən etibarən Azərbaycanda komitə tərəfindən 835 dini icma dövlət qeydiyyatına alınıb.