Goranboy sakini güllələnib


Digərləri 02 Avq 2018 08:28:00 243 0

Goranboy sakini güllələnib

Goranboyda güllələnmə olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Hazırəhmədli kəndində baş verib.

Kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu qarın nahiyəsinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. E. Rəfiyevin kim tərəfindən güllələndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.