“Google Assistant” rus dilində xidmətə başladı


Digərləri 02 Avq 2018 08:05:00 358 0

“Google Assistant” rus dilində xidmətə başladı

"Google Assistant" səs köməkçisi artıq rus dilində əlçatandır.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu xidmətin yeni versiyası "Google Pay" internet mağazasında mövcuddur.

"Google Assistant"ı "O'key Google" komandası ilə və ya əsas ekranın düyməsini basılı tutmaqla çağırmaq olar. Səs köməkçisi vasitəsilə zəng etmək, mesaj göndərmək, xəbərləri və hava proqnozunu öyrənmək, musiqi qoşmaq və s. mümkündür.