Qapalı məkanlarda uzun müddət qalmaq...


Digərləri 01 Avq 2018 23:34:00 323 0

Qapalı məkanlarda uzun müddət qalmaq...

Ölkəmizdə son illərdə göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkən uşaqların sayı 26 mindən çoxdur. Statistikaya görə, bu xəstəliklər 13 yaşadək uşaqlar arasında daha çox yayılıb. Uşaqların qapalı məkanlarda çox vaxt keçirmələri buna əsas səbəb kimi göstərilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uzun müddət qapalı məkanlarda olmaq gözləri gün işığından məhrum edir. Gözün lazımi vitaminləri ala bilməməsi nəticəsində görmə qabiliyyəti zəifləyir.