"Tibb müəssisəsindən kənar doğuş arzuolunan deyil" VİDEO


Digərləri 01 Avq 2018 22:44:00 296 0

"Tibb müəssisəsindən kənar doğuş arzuolunan deyil"  VİDEO

Xəstəxanadan kənar doğuş arzuolunan hal sayılmasa da, belə faktlar hələ də mövcuddur.

Son.az bildirir ki, bu ilin altı ayı ərzində təkcə Bakı şəhərində xəstəxanadan kənar 21 doğuş olub.

Respublikanın Baş mama-ginekoloqu Sevinc Məmmədova deyir ki, hamilə və zahı qadınlar dövlət tibb müəssisələrində ödənişsiz tibbi yardım ala bilərlər. Bu məsələ qanunda da öz əksini tapıb.

Sevinc Məmmədova bildirir ki, ev şəraitində həyata keçirilən doğuşların həm ana, həm də körpə üçün böyük riskləri var: "Bu cür doğuşlar ən çox analar üçün risklidir. Evdə doğuş, hətta ana ölümünə qədər gətirib çıxara bilər. Bu səbəbdən tibb müəssisəsindən kənar doğuş arzuolunan deyil".