Arvadının məşuqundan 9 milyon dollar alacaq


Digərləri 01 Avq 2018 18:04:00 263 0

Arvadının məşuqundan 9 milyon dollar alacaq

ABŞ-ın Şimali Karolina ştatında "BMX Stunt Shows" şirkətinin sahibi, məşhur veloyürüşçü Kit Kinqin şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Son.az Washington Post-a istinadən bildirir ki, məhkəmənin qərarına görə, K.Kinqə xəyanət etmiş xanımının məşuqu Fransisko Uizar veloyürüşçüyə mənəvi zərərə görə təzminat qismində 8,8 milyon dollar ödəməlidir.

F.Uizar "həyat yoldaşları arasında bağlılığı pozmaqda və cinayətkar dialoq"da təqsirləndirilib.

Məhkəmənin qərarına görə, Uizar Kinqə təzminat qismində 6,6 milyon dollar, mənəvi iztirablara görə isə 2,2 milyon dollar ödəməlidir.

2010-cu ildə K.Kinq şirkətində çalışan, ondan 15 yaş kiçik Daniela ilə evlənmişdi.

Daniela Kinq isə ərindən şikayətlənib.

"O, mənimlə maraqlanmırdı. Sürəkli pornoqrafiyaya baxırdı, mənə ev xərcləri üçün pul vermirdi. Telefonumu elə hey yoxlayırdı. Üstəlik, şirkətdə işləsəm də, maaş vermirdi", - D.Kinq söyləyib.

2015-ci ildə Nyu-Yorkda keçirilmiş BMX şouda Daniela Uizarla tanış olub, onların arasında aşiq-məşuq əlaqəsi yaranıb.

Kit Kinq bundan xəbər tutanda Uizara zəng vuraraq ona "Arvadımdan əl çək!" deyib.