Respublika Veteranlar Təşkilatı ADA Universiteti ilə əlaqələrini genişləndirir


Digərləri 01 Avq 2018 18:10:00 288 0

Respublika Veteranlar Təşkilatı ADA Universiteti ilə əlaqələrini genişləndirir

ADA Universitetinin rektoru Hafiz Paşayevlə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun görüşü keçirilib.

Son.az bildirir ki, görüşdə Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatında xüsusi rolu olduğu haqqında Hafiz Paşayevə ətraflı məlumat verilib. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki və eləcə də bütün sahələrdə əsl vətəndaş kimi yetişdirilməsində veteranların əməyindən ölkə səviyyəsində istifadə edildiyi bildirilib. Hər zaman vətənin keşiyində dayanan veteranların bu gündə sırada olduğu vurğulanıb. Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi tədbirlərin, layihələrin ölkə ictimaiyyəti tərəfindən daima yüksək qiymətləndirildiyini bildirib.

Hafiz Paşayev də Respublika Veteranlar Təşkilatının ölkəmizin veteran hərəkatının həyata keçirilməsinin əsas iştirakçısı olduğunu bildirib. Vətənin dar günündə sinələrini sipər etmiş veteranların əzmi, mərdliyi və qəhrəmanlıqlarının hər kəsə örnək olduğunu qeyd edib. Veteranları tariximizin canlı yaddaşı, igidlik və məğrurluq təcəssümü kimi qiymətlənirib.

Respublika Veteranlar Təşkilatı və ADA Universitetinin gələcəkdə bir sıra məsələlərdə qarşılıqlı fəaliyyət göstərəcəklərinə dair danışıqlar aparılıb. Universitetin beynəlxalq layihələrin həyata keçirilməsində Respublika Veteranlar Təşkilatına köməklik göstəriləcəyi vurğulanıb.

Qonaqpərvərliyə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə minnətdarlıq ifadə olunub. Gələcəkdə belə görüşlərin daha tez-tez keçiriləcəyinə inam ifadə edilib.

Respublika Veteranlar Təşkilatı ADA Universiteti ilə əlaqələrini genişləndirir